• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Abdullayev onu məhkəməyə verir

Çingiz Abdullayev onu məhkəməyə verir
29.05.2020 04:35
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verəcək.

Anews.az xəbər verir ki, bu barədə Abdullayev özü sosial şəbəkədə məlumat yayıb.
Xalq yazıçısı ilə gənc yazar arasındakı davaya səbəb isə E.Baratın onunla bağlı sosial şəbəkədə paylaşdığı foto və status olub.
Belə ki, Barat avtomobil fotosu paylaşaraq iddia edib ki, Xalq yazıçısı AYB-yə gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatı mənimsəyərək özünə altıncı maşını alıb.

"Bu da Çingizin altıncı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə, restoranı icarəyə verir, büdcəni dağıdır, Murad Köhnəqala isə kirayədə yaşayır, yüzlərlə gənc yazar qəpiyə bomba atır, mən özüm öz vəziyyətimi yazmıram, birdən Çingiz müəllim utanar”.
Ç.Abdullayev isə bu iddianı cavabsız qoymayıb.

Onun sözlərinə görə, sözügedən maşın altı il əvvəl alınıb:
"Vicdansız Elşad Barat! "Cip” maşınım altı il bundan əvvəl alınıb. Sənədlərim var. Ağ "Camry” isə şəxsən mənə aid deyil. Bu, dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm.
Sənin kimi istedadsızdan fərqli olaraq, mən bütün dünyada çap olunuram. Sənin icarə haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay dərman üçün yardım alır. AYB-nin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllim öz şəxsi vəsaitindən sənə yardım da edib. Mən sənin kimi böhtançını məhkəməyə verirəm”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol