Bakıda arvadı ilə dalaşan nazirlik işçisindən qəribə addım

Bakıda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib. Hadisə Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən "Abşeron Marina” restoranının qarşısında qeydə alınıb.
Həyat yoldaşı ilə mübahisə edən 41 yaşlı Ü.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içib.
Xəstəxanaya yerləşdirilən Ü.Həsənovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
"Report”un məlumatına görə, Ü.Həsənov nazirliklərdən birinin əməkdaşıdır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























