• $
  • €
  • ₽
  • ₺
  • £

Əmlak vergisini bələdiyyələr üçün icra orqanları yığacaq

Əmlak vergisini bələdiyyələr üçün icra orqanları yığacaq
20.06.2019 15:47
Milli Məclisdə Bələdiyyələrin statusu haqqında" qanun dəyişikliyi layihəsi birinci oxunuşda müzakirə edilib.

Belə ki, qanuna təklif edilən 49.1-ci maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.
 


Layihəni anews.az-a şərh edən Millət Vəkili Arif Rəhimzadə deyir ki, dəyişikliklər bələdiyyələrin əsas fəaliyyəti yerlərində baş verən bütün məsələləri əhatə edir. 

Millət vəkili deyir ki, müvafiq icra orqanları bu fəaliyyəti həyata keçirməkdə onlara kömək edəcək.

"Bələdiyyələr yerlərdə fəaliyyət göstərmək üçün ciddi maliyyələşməlidirlər. Onların maliyyələşməsi isə, əmlak vergisi və bir çox vergilərdən olur. Ancaq bələdiyyələr bu işi həyata keçirə bilmirlər, əziyyət çəkirlər. Artıq bir çox sahədə bələdiyyələr icra orqanlarının yardımı ilə fəaliyyət göstərəcək", - deyə  Arif Rəhimzadə bildirib. 



Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov isə deyir ki, onsuz da əvvələr  bələdiyyələr icra orqanları ilə birlikdə işləyiib. 

Onun sözlərinə görə, hətta icra orqanları və bələdiyyələrinkordinasiya şuraları da var.

"Bizim əsas vəzifəmiz yerlərdə baş verən ictimai əsaslı işlərin koordinasiyasıdır. Məhəllədaxili yolların salınması, abadlaşdırma, şəhidlərin yas mərasiminin təşkili və bir çox bu qəbilədən olan məsələlərə biz baxırıq və bunu da icra orqanlarının yardımı ilə edirik. Bizim birlikdə koordinasiya şuramız da var', - deyə Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov bildirib. 
 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 101 nömrəli, 2015-ci il 6 aprel qərarına uyğun olaraq yaşayış binalarının və onların hissələrinin 1 illik əmlak vergisi aşağıdaki düsturla hesablanır: 

Yaşayış fondları: 2-ci zona (1.40); 3-cü zona (1.30); 4-cü zona (1.20); 5-ci zona (1.10); 10-cu zona (0.80) 

Hər kv.m bazar qiyməti 0.40 qəpik dəyərindədir. Ümumi yaşayış sahəsinin 30 kv.m vergiyə cəlb olunmur. 

Məsələn: T.X Rza küçəsində yerləşən mənzil 100 kv.m-dir. 100 kv.m -30 kv.m =70 kv.m
Nümunə: 2-ci zona 1.40x0.40 manat = 0.56 manat; 0.56 manat x 70 kv.m = 39.20 manat.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi 102.2-ci və yerli bələdiyyələr haqqında metodiki vəsaitin 4.10-cu maddələrində göstərilən şəxslərə illik əmlak vergisindən ümumi məbləğindən 30 manat, torpaq vergisinin ümumi məbləğindən 10 manat güzəşt olunur, yaxud əmlak vergisinə cəlb edilmir.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Mənzil məcəlləsinə görə  mənzillərin eyvanlarının sahəsi əmlak vergisinə cəlb edilmir. 

Qanunvericiliyə əsasən yerli (bələdiyyə) vergilərin müəyyən olunmuş müddətlərində ödənilməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, lakin 1 ildən çox olmamaqla ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0.1% həcmində faiz hesablanır. 

İpoteka haqqında qanun 25.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq əşya (əmlak) ipoteka predmenti olduqda vergilər, kommunal xərclər və bu kimi digər öhdəliklərdən azad edilmir.

(Daha ətraflı buradan tanış ola bilərsiniz http://http://www.taxes.gov.az/modul.php?name=pages&page=147 )

Qanunvericiliyə görə,  bələdiyyələr əmlak vergisi hesabına  fəaliyyət göstərməlidir. Hazırda isə əhali icbarı olsa da əmlak vergisini ödəmək istəmir. Buna səbəb isə ekspertlərin fikrincə,  bələdiyyələrin faktiki olaraq insanların problemlərinə biganə yanaşması və əhalinin inamını qazanmamasıdır. 

Həzi

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol