• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Azərbaycan milyarderi: Zaur Mişiyev kimdir?

Yeni Azərbaycan milyarderi: Zaur Mişiyev kimdir?
27.06.2019 19:10
Moskvada ev üçün mallar satışı üzrə ixtisaslaşmış məşhur "Mosxoztorq” mağazalar şəbəkəsinin nəzarət səhm paketi Azərbaycan vətəndaşı Zaur Mişiyevin "Falcon Home Distribution” şirkətinə keçib.


Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatlarına əsasən 2019-cu il iyunun 17-dən etibarən mağazalar şəbəkəsini idarə edən əməliyyat şirkəti "MXT” MMC-nin səhmlərinin 50.5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş "Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.


Daha əvvəl isə həmin səhm paketi Veronika Kuryanovanın mülkiyyətində olub. "MXT” MMC şirkətinin qalan səhmləri İlya Polyaçkov (39.5 faiz) və İlya Traber (10 faiz) arasında bölünüb.


Zaur Mişiyevin Bolqarıstanda qeydiyyatdan keçmiş şirkəti döşək ağlarının, tekstilin, mebel və ərzaq mallarının satışı ilə məşğul olur.


"Mosxoztorq” təsərrüfat malları mağazaları şəbəkəsi isə ev, bağ evləri, bağça və məişət üçün əşyaların satışı üzrə ixtisaslaşıb. Şirkətin saytında göstərilir ki, şəbəkəyə Moskvada 36 mağaza daxildir. "Mosxoztorq” Moskvada 2015-ci ildən fəal şəkildə inkişaf etməyə başlayıb, lakin ötən ilin dekabrında əsasən şəhərin mərkəzindəki mağazalarını bağlamağa başlayıb. Bunun səbəbi kimi icarə haqlarının yüksək olması göstərilib.


Hərçənd 2017-ci ildə "MXT” MMC-nin hasilatı 2.25 milyard rubl təşkil edib, 2016-cı ildə isə bu rəqəm 1.28 milyard rubl idi. Beləliklə, şirkətin təmiz gəliri bir ilə az qala iki dəfə artıb.


İnternet mənbələrində mağazalar şəbəkəsinin yeni sahibi Zaur Mişiyev haqda təfərrüatlı məlumata rast gəlinmir. Bir mənbədə təkcə o göstərilir ki, Mişiyev Zaur Gerşumoviç adlı sahibkar "Zinqal Riç” MMC adlı şirkətin sahibi olub, həmin şirkət 2016-cı ildə ləğv edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol