• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın AŞPA-dakı təmsilçiləri Rusiyanı dəstəkləməli idilərmi?

Azərbaycanın AŞPA-dakı təmsilçiləri Rusiyanı dəstəkləməli idilərmi?
29.05.2020 04:35
Rusiyanın Avropa Şurası Parlament Assambleyasının üzvlüyünə qatılması və Azərbaycanı AŞPA-da təmsil edən  nümayəndə heyətinin  bu addımı dəstəkləməsi ölkənin ictimai siyasi dairələri arasında birmənalı qarşılanmayıb. Rəsmi Bakı bu addımı düzgün, yerində atılmış addım kimi təqdim edir və bildirilir k, Paşinyan-Putin münasibətlərinin pisləşdiyi bir zamanda Azərbaycanın Rusiyaya yaxınlaşması  Dağlıq Qarabağ probleminin ölkənin xeyrinə həllinə səbəb ola bilər. 
 

Amma vaxtı ilə Azərbaycanı  AŞPA-da təmsil etmiş sabiq millət vəkili Güktəkin Hacıyeva bu fikirləri bölüşmür və Azərbaycan nümayəndə heyətinin bu addımını riskli və yanlış adlandırır. 
 
"Krımın işğal altında olduğu bir şəraitdə Azərbaycan nümayəndə heyətinin  Rusiyaya dəstək verməsi ciddi strateji səhvdir. Bizim ərazimiz işğal olunub. Sabah biz AŞPA nümayəndələrindən Dağlıq Qarabağ problemi ilə bağlı həmrəylik tələb edəndə səmimi görünməyəcəyik. Ən azı Ukrayna deputatları deyəcək ki, nədən Ukraynaya qarşı bir, Azərbaycana qarşı başqa münasibət var? Biz Gürcüstan və Ukrayna kimi əraziləri işğal altında olan ölkələrə dəstək verməliyk", -  deyə sabiq millət vəkili Anews.az-a açıqlamasında bildirib.



Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin heç olmasa YAP-dan olan üzvləri Rusiyanı, digər müxalifət adlandırılan hissəsi isə Ukraynanı dəstəkləyə bilərdi və bu Hacıyevanın təbirincə desək daha düzgün addım olardı.

"Rusiyanın AŞPA-ya qaytarılması xəbərinə bir Rusiya nümayəndələri, bir də Azərbaycan təmsilçiləri ayaq üstə əl çaldılar. Bu mənə çox təsir etdi. Mən Rusiya ilə yaxşı münasibətlərin əksinə deyiləm. Koreyada, Çində, İranda baş verən hadisələr fonunda hamı anlayır ki, Avropanın Rusiya ilə əməkdaşlıq etməsi  yaxşı haldır. Amma Rusiyanın Krımı işğalda saxladığı bir zamanda Azərbaycanın Ukraynanı tək qoyması strateji səhv idi", - deyə Hacıyeva vurğuladı. 

O, həmçinin Putinlə Paşinyan arasında olan fikir ayrılığından Azərbaycanın faydalana biləcəyi barədə fikirləri də sadəlövhlük adlandırdı. "Rusiya Paşinyan hakimiyyəti ilə düşmən ola bilər, amma həmişə Erməsintan dövləti və xalqının yanında olacaq. Putin hətta son çıxışlarında bunu açıq səsləndirib. Çünki Ermənistan dövlətini regionda Rusiya yaradıb. Məqsəd də Azərbaycan və Ermənistanı daim təzyiqdə saxlamaqdır. Rusiya Ermənistanla hərbi müttəfiqdir və Qarabağ probleminin  həllində hər zaman onun yanında olacaq". 
 
Məsələni şərh edən politoloq Zərdüşt Əlizadə isə deyir ki, Rusiyanın Avropa Şurasından kənarda qalması Avropaya heç nə verməyəcək.

Onun sözlərinə görə, əksinə, Rusiyanın beynəlxalq qurumlarda təmsilçılıyı sadə rusiyalıya  hüquq və azadlıqlarının qismən təmin olunması üçün şərait yaradır. Məsələn, Avropa Insan Haqqları Məhkəməsi və s.



"Bilirsiniz, Kırımı Ukrayna özü verdi Rusiyaya. Bu işğalda bir ukraynalı hərbiçi öldürülmədi. Bilirsiniz nəyə görə? Çünki hakimiyyətdəki quldurların başı qarışmışdı hakimiyyət davasına. Qərbə açılım edirlər, NATO-nu Ukraynaya çağırırlar. Rusiya da öz əraizilərinə qarşı ola biləcək təhdidləri nəzərə alıb belə gediş etdi. Bizdə də elə aşağı-yuxarı belə olmuşdu. Neft maraqllarına görə hakimiyyət Qarabağı verdi. Amma bizdə yenə görüntü xatirinə müharibə olmuşdu, Ukraynada heç bu da olmadı”, - deyə politoloq bildirib.

Zərdüşt Əlizadə hesab edir ki, beynəlxalq hüquqa siyasi səfehlər inanır.


Onun sözlərinə görə , bu gün beynəlxalq hüquq hər hansısa effektiv təsirə malik deyil.

"Rusiya AŞPA-ya qayıtmasaydı, AŞPA Kırımı alıb Ukraynaya verəcəkdi ya Qarabağı alıb bizə? Rusiya ilə Azərbaycan eyni problemli ölkədir. Hər ikisi də danışıqlar masasında olmalıdırlar ki, idarə olunan olsunlar.  Qaldı tam tərkibdə Rusiyanın lehinə səs vermək məsələsinə, nümayəndə heyətində elə adam yoxdur ki, özbaşına səs versin. Yuxarıdan tapışırıq gəlib ki, səs verin, veriblər",- deyə politoloq bildirib.



Həzı

www.anews.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol