• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda anasını telefon almadığına görə öldürən gəncin - MƏHKƏMƏSİ BAŞLAYIB

Bakıda anasını telefon almadığına görə öldürən gəncin - MƏHKƏMƏSİ BAŞLAYIB
29.05.2020 00:05
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Anews.az-ın xəbərinə görə, hakim İlham Mahmudovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 18-də Bakının Nərimanov rayonu ərazisində baş verib. 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını öldürüb. 

O, ilkin ifadəsində anasını ona "smartfon” telefon almadığı üçün öldürdüyünü deyib. E.Müslümov ifadəsində bildirib ki, ailə-məişət münaqişəsi zamanı stulla anasının sinə nahiyəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.

Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq hadisə yerindən qaçıb.
Fevralın 19-u saat 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib.
E.Müslümova Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol