• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək pensiyaları artırıldı

Əmək pensiyaları artırıldı
29.05.2020 08:35
Əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə qəbul edilib.

Anews.az xəbər verir ki, qanun layihəsini iqtisadiyyat və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib.
Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Deputat Qüdrət Həsənquliyev qanun layihəsinin müzakirəsi zamanı təkliflə çıxış edib: "Qanun çox mütərəqqidir. Amma burada indeksləşmə məsələsi var ki, ildə bir dəfə nəzərdə tutulur. Hesab edirəm ki, payız sessiyasında bu məsələyə yenidən baxa bilərik. Çünki Azərbaycanda 2015-ci ildə 2 dəfə devalvasiya oldu. Təbii ki, istəməzdik ki, manat nə vaxtsa yenə ucuzlaşsın. Amma biz qanunverici orqan olaraq bütün məsələləri nəzərə almalıyıq. İlin əvvəlində indeksləşmədən sonra manat ucuzlaşarsa və ya inflyasiya baş verərsə, aztəminatlı, penisya və sosial yardım alan əhali gözləməlidir ki, ilin sonunda indeksləşmə olacaq? Ona görə də hesab edirəm ki, indeksləşməni ildə bir dəfə yox, hər ay etmək lazımdır. Aidiyyəti qurumlar nə iş görür ki? İndeksləşməni hər ay aparmaq problem yaratmaz”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol