• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir rayonumuzda YAS QADAĞASI

Daha bir rayonumuzda YAS QADAĞASI
03.09.2014 11:41
Azərbaycanda keçirilən yas mərasimlərinə dövlət tərəfindən artıq xüsusi nəzarət həyata keçirilir.İsrafçılıq hallarının qarşısının alınması üçün konkret standartlar, yəni menyu müəyyənləşdirilib. Yas mərasimlərində çay süfrəsinin açılması məqsədəuyğun hesab edilir, digər qida məhsullarının isə verilməsinə qadağa qoyulub.Lakin, bölgələrdə bu qadağaya əksər hallarda məhəl qoyulmur. Hətta bununla bağlı ötən gün Tovuz rayonundan şikayət daxil olub. Rayon sakinləri bildirmişdi ki, icra hakimiyyəti tərəfindən yas mərasimlərinin keçirilməsi ilə bağlı tapşırıqlar verilsə də kəndlərdə buna əməl edilmir, əvvəlki kimi yeməklər süfrələrə düzülür, dəbdəbəli məclislər təşkil olunur. ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, Tovuz rayon İcra Hakimiyyətindən İcra başçısının birinci müavini Mahir Həsənov bildirib ki, yas mərasimlərinə nəzarət etmək üçün onlara tapşırıq verilməyib: “Bizə bununla bağlı heç bir göstəriş verilməyib. Ona görə də bu haqda heç nə deyə bilmərəm”,-deyə icra başçısının müavini əlavə edib.Tovuzun İbrahimhacılı kənd sakinləri isə icra başçısının müavininin dediklərini təkzib edirlər. Sakinlər bildirirlər ki, bir nüçə gün öncə kənddə qurulan yas mərasiminə İcra Hakimiyyətinin nümayəndələri gələrək süfrələrə düzülən yemək və digər qida məhsullarının yığışdırılmasını tələb ediblər. Bu isə sakinlərin narazılığına səbəb olub.“Biz dədə-babadan belə görmüşük. Kimisə məcbur etmirik ehsan versinlər. Bizim kəndin öz adəti var, ölümüz öləndə hamı kimi biz də onun adına layiq ehsan vermək, ruhunu yad etmək istəyirik. Axı necə olar, bundan əvvəl ehsan vermişik, 40 gün yas saxlamışıq, indi necə olar ki, bu adətləri silib ataq”-deyə adı çəkilən kəndin sakinləri bildirib.Qeyd edək ki, artıq ölkənin bir neçə şəhər və rayonlarından yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı mərasimlərin keçirilməsinə qadağa qoyaraq çay süfrəsindən başda yas məclislərində verilən yemək və digər qida məhsullarının müsadirə olunacağını tapşırıb.Gəncənin icra başçısını da yas mərasimləri ilə bağlı xüsusi tapşırıqlar verib. Elmar Vəliyev də həmkarı kimi israfçılığın yolverilməz olduğunu tapşırıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol