• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrda Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək

Oktyabrda Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək
28.05.2020 20:26
İyulun 19-da Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın növbəti geniştərkibli iclası keçirilib.

ONA-nın xəbərinə görə, Nazirlər Kabinetinin məlumatında bildirilir ki, Baş Nazirin müavini, komissiyanın sədri Əli Həsənovun yanında keçirilən iclasda yerlərdə əhalinin siyahıyaalınmasına yardım komissiyalarının sədrləri olan rayon, şəhər və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Baş Nazirin müavini Əli Həsənov bildirib ki, əhalinin siyahıyaalınması Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun aparılır. Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarı ilə yaradılan komissiyanın bugünkü geniş iclasının keçirilməsində əsas məqsəd siyahıyaalma prosesini ətraflı müzakirə etmək, hazırlıq işlərini nəzərdən keçirməkdir. Komissiya sədri əminliyini ifadə edib ki, ölkəmiz üçün vacib olan bu proses yüksək səviyyədə baş tutacaq. Bu proses əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir. Eyni zamanda, bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verir. Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür.

İclasda bildirilib ki, siyahıyaalma prosesinə 43 min insan cəlb olunacaq. Artıq siyahıyaalma materialları hazırdır. Əhalinin sayına uyğun sorğu vərəqələri çap edilib. 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin əhaliyə geniş şəkildə çatdırılması üçün KİV-lərin üzərinə böyük vəzifə düşür.

Sonra komissiyanin üzvləri - Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Bakı Şəhər İcra Hakimiyyəti başçisinin müavini Fidumə Hüseynova, Xarici İşlər nazirinin Nadir Hüseynov və Daxili İşlər nazirinin müavini İsmət Əliyev hazırlıq prosesi ilə bağlı ətraflı məlumat veriblər.

İclasın sonunda müvafiq dövlət qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə hər 10 ildən bir baş tutan əhalinin siyahıyaalınması prosesi növbəti dəfə 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol