• $
  • €
  • ₽
  • ₺
  • £

15 sentyabr xəbərdarlığı

15 sentyabr xəbərdarlığı
02.09.2014 17:24
Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Bakı şəhəri ərazisində yerləşən bütün təhsil müəssisələri polisin tam nəzarətinə götürüləcək. Xüsusilə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.Bu barədə ANS PRESS-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.Təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirlərinin görüləcəyini deyən bölmə rəisi bildirib ki, məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək.Onun sözlərinə görə, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 16-dan etibarən Bakı şəhərindəki orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə baxış keçirilərək çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı üzrə bütün tədbirlər həyata keçiriləcək.Sürücülərə və avtomobil sahiblərinə müraciət edən Vaqif Əsədov qeyd edib ki, BŞDYP avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbinin yerinə yetirilməlidir. Məktəblərin ətrafında dayandırılan nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə çətinlik yaradır. Ona görə də avtomobili olanlar avtomobili olmayanlar barəsində də düşünməlidirlər.Vaqif Əsədov həmçinin bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən əlavə hansısa göstərişlər olarsa, onlar da yerinə yetiriləcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol