• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakının bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
29.05.2020 12:16
Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bununla əlaqədar olaraq, bu gün səhər saat 9:00-dan başlayaraq, 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü kilometrində - Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

Şıx qəsəbəsində Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə, şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub. Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi - Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər.

Avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırılıb ki, alternativ yol kimi, Bakı –Salyan yolunun 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Ziya Bünyadov, Tbilisi, İnşaatçılar prospektləri və digər yollar üzrə hərəkət müəyyən edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol