• $
  • €
  • ₽
  • ₺
  • £

“Bunların kənd toyuğu olduğunu kim deyir?!”

“Bunların kənd toyuğu olduğunu kim deyir?!”
26.07.2019 13:45
"Kənd toyuğu” adı ilə satılan toyuqlar zəhərlənməyə səbəb ola bilər.
Bunu Oxu.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Bildirib ki, üzərində heç bir məlumat olmayan toyuqları almaq məsləhət deyil:

"İnsanlar marketlərdən kənarda, pərakəndə satış nöqtələrində satılan toyuqları "kənd toyuğu” adı ilə alırlar. Bu məhsulların üzərində heç bir məlumat qeyd olunmur. Bunların kənd toyuğu olduğunu kim deyir?! Bu toyuqlar kənd toyuğu deyil. Onlar sadəcə antisanitar şəraitdə hazırlanan məhsullardır.
Qeyri-qanuni yerlərdə, əldə satılan toyuqları almaq olmaz. Belə toyuqlar qida zəhərlənməsinə və xəstəliklərə səbəb ola bilər. Satılan məhsulun üzərində mütləq istifadə müddəti, saxlanma şəraiti qeyd olunmalıdır”.

Ekspert xatırladıb ki, Nazirlər Kabinetinin 194 saylı qərarına əsasən, əmtəə bazarında satılan bütün mallar etiketləşdirilməlidir:
"Hansı məhsulun üzərində rəsmi etiket yoxdursa, bu məhsulların bazara çıxarılması qadağandır. Həmin məhsullara rast gələn istehlakçılardan xahiş olunur ki, bu barədə aidiyyəti qurumlara müraciət etsinlər. Bu məhsullar birbaşa sağlamlığa zərərli hesab olunur”.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xudat şəhəri, H.Əliyev prospektinin yaxınlığında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirilib.

41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət alüminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb. Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexinin fəaliyyəti məhdudlaşdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol