Yasamalda ölümlü qəza

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini M.Bəşirov idarə etdiyi "Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Azər Məmmədovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
www.anews.az
























