• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusu İRƏLİLƏYİR - Ermənilər döyüş postlarını itirir - AÇIQLAMA

Azərbaycan Ordusu İRƏLİLƏYİR - Ermənilər döyüş postlarını itirir - AÇIQLAMA
29.05.2020 03:50
Azərbaycan ordusunun Qazax istiqamətində taktiki irəliləməsi və strateji nöqtələri nəzarətə alması Ermənistana mesajdır.

Redaktor.az bildirir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, ordumuzun hazırkı aktivliyi Paşinyanın təxribatlarının qarşısını almış olur:

"Son aktivlik Qarabağda müharibə başlayarsa, Azərbaycan Ordusunun bütün istiqamətlərdə işğalçıya zərbə vuracaq gücünü ortaya qoymuş oldu. Ermənistan tərəfi Naxçıvan və digər sərhəd istiqamətində təxribat reallaşdırsa da artıq, onların bu təxribatları döyüş postlarının itirilməsi ilə nəticələnir”.
Politoloq qeyd edib ki, rəsmi İrəvan danışıqlarda maraqlı deyil:

"Çünki Ermənistanın siyasi sistemi və bu ölkəyə təsir edən Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil. Ona görə də Paşinyan iqtidarı ümumiyyətlə, ərazi məsələsində Moskva ilə kordinasiyalı fəaliyyət gstərəcək. Məhz Rusiyanın Təhlükəsizlik katibi Patruşevin İrəvana səfərində bu kimi məsələlələrin razılaşdırılmasını istisna etmirəm. Ermənistan nəinki, ərazi güzəştinə hazır deyil, Paşinyan ölkə daxilində öz müsbət imicini qaldırmaq üçün yeni ərazilərin tutulmasında və ordumuza qarşı zərbə vurmaqda maraqlıdır. Ermənistanın Qazax istiqamətində strateji əraziləri ələ keçirməsi ilə bağlı dezinformasiyası da Paşinyanın daxili auditoriyaya hesablanmış gedişidir”.

Politoloq vurğulayıb ki, rəsmi Bakı cəbhəboyu təzyiqləri artırmaqla, diplomatik danışıqlarda da öz hücum taktikasını inkişaf etdirməlidir:
"Artıq Ermənistanla geosiyasi şərtlər daxilində danışıqların aparılması nəticəsizdir. Yalnız güc yolu ilə müəyyən irəliləyişə nail olmaq lazımdır. Rusiya isə bizə ərazilərimizin güc yolu ilə azad edilməsinə və Ermənistana daha çox təzyiq etməyimizə mane olmağa çalışacaq. Avropa və ABŞ-la əlaqələri daha da inkişaf etdirməklə, daxili islahatlara getməklə, Moskvanın təzyiqlərindən yayına bilərik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol