• $
  • €
  • ₽
  • ₺
  • £

İş axtaranlara ŞAD XƏBƏR

İş axtaranlara ŞAD XƏBƏR
23.08.2019 12:53
"İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Anews.az-ə bildirib ki, proqram əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir.

Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə "DOST İŞ Mərkəzi”ndə əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Bundan sonra hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartı bank tərəfindən yalnız vətəndaşın özünə şəxsiyyət vəsiqəsini təqdim etməsi şərti ilə verilir. Kartı götürərkən də vətəndaş bunu imzası ilə təsdiq edir.

İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edirlər.

Bundan sonra həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirmələrinə nəzarəti də məhz həmin qurumlar İcraçı qismində həyata keçirirlər.


Yəni, "DOST İŞ Mərkəzi” ilə həmin qurumlar arasında bağlanan Sazişə əsasən işçi qüvvəsi "DOST İŞ Mərkəzi”nin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli İcraçı qurumlar birbaşa cavabdehlik daşıyırlar.

Bütün işçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər.

Hər ayın sonunda İcraçı tərəfindən təqdim olunmuş davamiyyət cədvəllərinə (tabellərə) əsasən Mərkəz tərəfindən içtimai işçilərin əməkhaqları birbaşa onların kartlarına köçürülür. Davamiyyət cədvəlləri olmadan əmək haqqı köçürülmür.

Əgər hansısa işçi üzrsüz səbəbdən işə çıxmırsa, məhz İcraçının müraciəti ilə həmin işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilir.

"DOST İŞ Mərkəzi” tərəfindən də daxili icraat qaydasında mütəmadi nəzarət olunur, monitorinqlər keçirilir, çatışmazlıqlar olduqda İcraçı təşkilatların diqqətinə çatdırılır.

Onu da bildirim ki, Ucar rayonunda 307 nəfər şəxs (yəni heç də həmin şikayətdə qeyd edildiyi kimi 540 nəfər yox) proqram əsasında ödənişli ictimai işlərə cəlb edilib. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol