• $
  • €
  • ₽
  • ₺
  • £

İtlərin də qısqandığını bilirdinizmi?

İtlərin də qısqandığını bilirdinizmi?
23.08.2014 17:27
Qısqanan itlər zooloqları əmin ediblər ki, insanın qısqanmaq duyğusu öz başlanğıcını heyvanlar aləmindən götürür.Belə hesab edirlər ki, qısqanclıq yalnız insana xas xüsusiyyətdir. Bu hiss olduqca mürəkkəb psixi təfəkkür və nəticə çıxarmaq qabiliyyəti tələb edir. Məsələn, qısqanan şəxs potensial rəqibdən gələ biləcək təhlükəni qiymətləndirməlidir. Qeyd etmək lazımdır ki, qısqanclıq mövzusu məhz romantik əlaqələrdən qırmızı xətlə keçir.Ancaq digər tərəfdən aydındır ki, qısqanclıq seksual-sevgi münasibətləri ilə məhdudlaşmır. Dostu, qardaşı və ya bacını, həmkarını da qısqanmaq olar. Yəni qısqanclığı istənilən sosial əlaqəni gözləyə biləcək təhlükəyə cavab olaraq yaranan bir hiss kimi dəyərləndirmək olar. Belə olan halda nədən heyvanlar da qısqanmasın?Ümumiyyətlə desək, "heyvani" qısqanclığın mövcud olması haqqında fikir o qədər də yeni deyil. Hələ Darvin ehtimal edirdi ki, itlər qısqana bilər. Ondan sonra çoxları, ümumiyyətlə, bu hissin heyvanlara da xas olmasından yazırdılar. Bəli, it saxlayan bir çox insanlar sevimli ev heyvanlarında qısqanclıq hissini müşahidə etdiklərini deyirlər. Ancaq ehtimal və təsadüfi müşahidələr başqa şeydir, məqsədyönlü tədqiqat başqahellip;Axar.az xəbər verir ki, San-Dieqodakı Kaliforniya Universitetinin əməkdaşları Kristin Harris (Christine Harris) və Kerolayn Provost (Caroline Prouvost) uşaqlar üçün işlənmiş layihəni itlər üzərində də keçiriblər. Məlumdur ki, altı ayına çatmış uşaqlar artıq analarını başqa uşaqlara qısqanırlar. Eksperiment zamanı analar gerçək körpəyə bənzər gəlinciklərə nəvaziş göstərirdilər. Buna bənzər eksperimenti itlərlə də aparıblar.Sahibləri onlara qətiyyən əhəmiyyət verməməli, başqa əşyalarla məşğul olmalı idilər. Bir halda adam quyruğunu tərpədən, hürən oyuncaq itlə oynmalı, bir başqası kitab oxumalı və s. idi. Eksperiment üçün 36 kiçik it götürmüşdülər, əgər heyvanlar böyük olsaydılar hislərini kəskin ifadə etdikləri zaman qarşılarını almaq çətin olardı.Başqa əşyaların eksperimentə daxil edilməsi təsadüfi olmayıb. Bütün hallarda itlər yalnız rəqib kimi gördükləri oyuncaq itə qarşı kəskin reaksiya veriblər. Buradan belə bir nəticə çıxarmaq olar ki, qısqanmaq üçün heç də insan beyni gərək deyil. Başqa sözlə desək, qısqanclıq ayrı-ayrı canlılara xas qədim duyğudur. Hətta onu da demək olar ki, qısqanclıq öz mənbəyini psixikadan deyil, biologiyadan götürür.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol