• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məşhur restoran bağlandı

Bakıda məşhur restoran bağlandı
13.09.2019 20:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi ilə bağlı monitorinqləri davam etdirir.

Agentlikdən Publika.az-a verilən məlumata görə, agentlik əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus "Sabiha” restoranında yoxlama aparıb. Müəyyən edilib ki, əhalinin qidalanmasının təşkili və ya yeməklərin, eləcə də içkilərin hazırlanması, onların saxlanması, əhaliyə satılmasına dair sanitariya-gigiyena və texniki normativ sənədlərin tələbləri kobud şəkildə pozulub.

Monitorinq zamanı baytarlıq-sanitariya ekspertizası aparılmayan və baytarlıq arayışı ilə müşahidə olunmayan ət və ət məhsullarından istifadə ediliyi aşkarlanıb. Yoxlama zamanı xammalın saxlanması sahəsi olmadığına görə məhsulların birbaşa mətbəxdə, yemək zalında döşəmənin üzərində və masaların altında yığılaraq saxlanıldığı müəyyən olunub. Qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb.

Qida məhsulalrından nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Restoranın fəaliyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, sahibakrlıq subyekti qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol