• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Daşkənddə CAREC tədbirlərində iştirak edib

Azərbaycan Daşkənddə CAREC tədbirlərində iştirak edib
20.09.2019 21:00
Daşkənddə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzv ölkələri enerji nazirlərinin birinci görüşündə Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edib.

Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, nazirlərin görüşündə "CAREC Enerji Strategiyası 2030” adlı sənədin hazırlanması və reallaşdırılması üzrə əməkdaşlığı nəzərdə tutan Birgə Bəyannamə imzalanıb.

Samir Vəliyev həmçinin "Enerji Sərmayə Forumu”nda da iştirak edib. "Qlobal enerji keçidi: Regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” və "Enerji sektorunda islahatlar investisiyanı sürətləndirən vasitədir” mövzularında müzakirələrə qatılıb.

Nazir müavini enerji transformasiyası prosesində mühüm rol oynayan bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlığın əhəmiyyətindən bəhs edib, neft-qaz ölkəsi Azərbaycanın ekoloji cəhətdən təmiz texnologiyaların imkanlarından və bərpa olunan enerjidən daha çox istifadədə, enerji resurslarına qənaətdə maraqlı olduğunu bildirib.

Azərbaycanda bu prosesin sürətləndirilməsi və energetika sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlandığını diqqətə çatdırıb.

Samir Vəliyev deyib ki, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Bunu neft-qaz sektorunda 25 illik əməkdaşlığın uğurları və indiyə kimi bu sahəyə 100 mlrd. ABŞ dollarından çox investisiyasının yatırılması da təsdiqləyir: "Hazırda beynəlxalq təcrübəni öyrənməklə çalışırıq ki, Azərbaycanda bərpa olunan enerji sahəsi də investorlar üçün əlverişli olsun və ekoloji cəhətdən təmiz enerji, daha səmərəli idarəetmə hesabına həm də karbon emissiyalarının azaldılmasına nail olaq”.

Qeyd edək ki, Azərbaycan CAREC Proqramının 2003-cü ildən üzvüdür və hazırda bu əməkdaşlıq proqramının Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla 11 üzvü var. Regional əməkdaşlığın təşviq edən bu proqramın nəqliyyat, ticarətin asanlaşdırılması, enerji və ticarət siyasəti kimi 4 prioritet istiqaməti mövcuddur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol