• $
  • €
  • ₽
  • ₺
  • £

İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu

İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu
29.05.2020 08:00
Sentyabrın 19-da Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri – Fuad Musazadə İctimai Televiziyanın sabiq əməkdaşı olub.


Bu barədə modern.az saytına mərhumun keçmiş iş yoldaşları məlumat veriblər.


Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayev idarə etdiyi "Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.


Hadisə nəticədəsində iki nəfər ölüb. Bunlar "Mercedes”in sükanı arxasında olan 1988-ci il təvəllüdlü Fuad Musazadə və A.Rzayevin sərnişini, 1986-cı il təvəllüdlü Kamran Atayev olub. "Hyundai”ın sürücüsü Anar Rzayev isə ağır xəsarət alıb.


Qeyd edək ki, qəzaya düşən "Hyundai” markalı avtomobil "Atəşgah Sığorta"ya məxsus olub.


Dəhşətli qəza nəticəsində avtomobillərin toqquşmasından sonra "Mercedes" yoldan çıxaraq aşıb və alışaraq yanıb. Nəticədə "Mercedes"in sükanı arxasında olan Fuad Musazadə maşından çıxa bilməyib və diri-diri yanaraq ölüb.


Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisəyə Fuad Musazadənin "Mercedes" markalı avtomobili yüksək sürətlə idarə etməsi zamanı maşının təkərinin partlaması səbəb olub.


Hadisəylə bağlı təhqiqat davam edir.


Məlumata görə, Fuad Musazadə Azərbaycan Dillər Universitetini bitirib. O, 2010-cu ildən İctimai Televiziyada çalışıb. Hadisəyədək isə son iş yeri tanınmış şoumen-prodüser. Xalq artisti Murad Dadaşovun rəhbəri olduğu "M Group Production” şirkəti olub.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol