• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının 10 aydır başçısız qalan rayonu - müəmma davam edir...

Bakının 10 aydır başçısız qalan rayonu - müəmma davam edir...
29.05.2020 07:33
Bakının Xətai rayonu 10 aydır başçısız qalıb. 2018-ci il dekabrın 13-də Razim Məmmədov vəzifəsindən azad edildikdən sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı postuna hələ də təyinat gerçəkləşməyib. 

Qaynarinfo-nun məlumatına görə, hazırda icra başçısının səlahiyyətlərini Rafiq Quluyev yerinə yetirir. O, 1997-ci ildən sözügedən İcra Hakimiyyətinin ümumi şöbəsində müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək isə həmin şöbənin müdiri vəzifəsində çalışıb. 

21 may 2012-ci ildə icra başçısının müavini təyin edilən Quluyev iki il sonra 1-ci müavin postuna gətirilib. 

2006-cı ildən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan 45 yaşlı Quluyevin Razim Məmmədovun xələfi olması gözlənilir. Lakin Bakının ən iri rayonlarından sayılan (ərazisi 31,6 кvadrat kilometrə çatır, əhalisi isə 290 min nəfərdən çoxdur) Xətai rayonuna rəhbərlik etmək arzusuna düşən digər şəxslər də var. Elə bu səbəbdən də icra başçısı təyinatının yubandığı bildirilir. 

Kulislərdə namizədlərdən biri kimi Xətai rayonundan deputat, eyni zamanda YAP Xətai rayon təşkilatının sədri Hüseynabal Mirələmovun adı hallandırılsa da, bu, inandırıcı görünmür. Səbəb onun yaşıdır. Belə ki, Mirələmovun hazırda 74 yaşı var. 

Hələ bir neçə ay əvvəl mövzu ilə bəhs edərkən bildirmişdik ki, paytaxt meri Eldar Əzizov Xətai rayonununa icra başçısı təyin ediləcək şəxsin özünə yaxın kadr olmasına çalışır. Əzizovla bərabər, başqa bir neçə iri məmurun da həmin posta öz namizədinin olduğu deyilir. 


Sonda hansı namizədin üzünün güləcəyini demək çətin olsa da, fakt bundan ibarətdir ki, Bakının aparıcı rayonlarından biri 10 aydan çoxdur başçısızdır.  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol