• $
  • €
  • ₽
  • ₺
  • £

“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ

“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
25.09.2019 17:41
Bir sıra sosial şəbəkə səhifələrində leş əti satan və ya qanunsuz fəaliyyət göstərən hansısa müəssisənin məhsullarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "sertifikat”ların verilməsi ilə bağlı reallığı əks etdirməyən, əsassız məlumatlar yayılmaqdadır.

AQTA-nın Mətbuat xidmətindən Anews.az-a bildirilib ki, həqiqəti əks etdirməyən, insanlar arasında təşviş və çaşqınlıq yaradan bu cür böhtan xarakterli məlumatlar son illər əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə görülən irimiqyaslı işlərə, ortaya qoyulan nəticələrə kölgə salmaq məqsədi daşıyır:
"Həqiqəti əks etdirməyən, insanlar arasında təşviş və çaşqınlıq yaradan bu cür böhtan xarakterli məlumatlar son illər əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə görülən irimiqyaslı işlərə, ortaya qoyulan nəticələrə kölgə salmaq məqsədi daşıyır.

AQTA fəaliyyətə başladığı gündən etibarən qida məhsullarının dövlət gigiyena qeydiyyatına alınaraq sertifikatlaşdırılması proseduru qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı ilə əvəz olunub. Bu, bir daha hansısa heyvan kəsimi və ictimai iaşə müəssisəsində emal olunan qida məshullarına AQTA tərəfindən sertifikatın verilməsi ilə bağlı yayılan xəbərin absurd və əsassız olduğunu sübut edir.
Məlum olduğu kimi 1 iyul 2018-ci il tarixindən etibarən AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı həyata keçirilir və onlara reyestrdən çıxarışlar təqdim olunur. Eyni zamanda həmin sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətinə uyğun risk dərəcələri müəyyənləşdirilir və buna görə dövri olaraq nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri zamanı həmin müəssisələrdə AQTA mütəxəssisləri tərəfindən qanunsuz hallar aşkar olunduqda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür. Yəni qida təhlükəsizliyi qeydiyyatından keçmiş istənilən sahibkarlıq subyektinin gələcəkdə hər hansı qanunsuz əməllərlə məşğul olmayacağı üçün bu bir əsas deyil və elə buna görə də həmin sahibkarlıq subyektlərində dövri olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qanunsuz heyvan kəsimi fəaliyyəti və mənşəyi məlum olmayan ətlərin dövriyyədən çıxarılması istiqamətində mütəmadi nəzarət tədbirləri, reydlər həyata keçirir və bu cür qanunsuz fəaliyyətlərə qarşı qətiyyətli mübarizə bundan sonra da davam etdiriləcək. Təkcə onu deyə bilərik ki, AQTA əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində 2019-cu ilin yanvar-sentyabr ayları ərzində insan sağlamlığı üçün təhlükə yaradan 90 ton 294,649 kq ət və ət məhsulları dövriyyədən çıxarılaraq məhv edilib, bu kimi qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs haqqında məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Xüsusi ilə qeyd etmək lazımdır ki, son günlər ictimaiyyət tərəfindən geniş maraq və nifrət doğuran "Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun cinayətkar dəstəsi də elə həmin məlumatların hüquq-mühafizə orqanlarına ötürülməsi və birgə keçirilən tədbirlər nəticəsində ifşa edilib".
Agentlik bir daha bəyan edir ki, dövlət orqanının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, bu cür sifarişli məlumatların yayımlanması görülən əsaslı işlərə kölgə salmaq, insanlar arasında təşviş, eləcə də çaşqınlıq yaratmaq məqsədi daşıyır və qətiyyən yolverilməzdir.(unikal)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox