• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan bal yarmarkası başlayır

Sabahdan bal yarmarkası başlayır
27.09.2019 14:20
Sentyabrın 28-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. 

Anews.az xəbər verir ki, artıq yarmarkaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları "Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından Sərgi-Satış Yarmarkasının keçiriləcəyi ünvana daşınır. 
Ümumilikdə, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri  keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər "Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq. 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir. 
İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib. 

Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər.
Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək. Vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq iştirakçılar üçün yaradılmış profillərdən istifadə etməklə məhsul sifariş edə biləcəklər. Sifariş olunan məhsullar Gənclik və Nəriman Nərimanov metro stansiyaları yaxınlığına ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə çatdırılacaq. 
 
Məlumat üçün bildirək ki, vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər  keçiriləcək, yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq. Vətəndaşlar 28 sentyabr-18 oktyabr tarixlərində hər gün saat 8:00-dan 20:00-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsulları əldə edə bilərlər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol