• $
  • €
  • ₽
  • ₺
  • £

“Ya Badi öləcək, ya “Lotu Quli”....”

“Ya Badi öləcək, ya “Lotu Quli”....”
30.09.2019 23:31
Cinayətkar dairələrdə "Badri Kutaisski” kimi tanınan "qanuni oğru” Badri Koquaşvili ilə Azərbaycanın baş kriminal avtoriteti Nadir Səlifov ("Lotu Quli”) arasındakı müharibə həlledici mərhələyə qədəm qoyub və opponentlərdən birinin ölümü ilə yekunlaşa bilər.

"Rosbalt” agentliyinin yazdığına görə, Koquaşvili uduzmuş vəziyyətdədir, çünki Səlifovun mafiya arasında daha çox gücü, pulu, döyüşçüləri və dəstəyi var. Agentliyin bildirdiyinə görə, hətta Kutaisskinin ən qızğın tərəfdarları da Qulinin düzgünlüyünün lehinə dəlillər tapırlar.

Qanuni oğrular Emzar Japaridze ("Kvatiya”) və Quram Çixladze ("Kvejoeviç”) Səlifovun "oğru olmadığını” elan etdiklərinə görə şəxsən onun qarşısında tövbə etməlidirlər. Əks təqdirdə, onlar aradan götürüləcək və ümumiyyətlə "Rosbalt”ın qeyd etdiyi kimi, Səlifovun "qanuni oğru” olmasından şübhələnən hər hansı "oğru" "o biri dünyaya" köçəcək.

İddia olunur ki, Koquaşvili ümumi vəziyyəti dərk edərək, Moskvada təxminən on cangüdənin müşayiəti ilə zirehli avtomobildə hərəkət edir. Bu hadisələr fonunda onun Avropaya müttəfiq axtarışına göndərildiyi də bildirilir. Agentliyin məlumatına görə, zərbə Koquaşvili ya da "Lotu Quli”nin özünə deyil, onun yaxınlarından kiməsə vurula bilər.



Sentyabrın 2-də məlum olub ki, Koquaşvili Səlifovu oğru titulundan məhrum etmək üçün kriminal aləmin nümayəndlərini toplamaq qərarına gəlib. Buna səbəb 26 avqustda Türkiyədə baş verən hadisə olub. Sonra kriminal dairələrdə Kvejoyeviç kimi tanınan və irsən "qanuni oğru” adını alan  35 yaşlı Quram Çixladze Nadir Səlifovla ilk görüşdə döyülüb. Çixladzenin döyən Salifovun dostu, milliyyətcə qazax və "qanuni oğru” adına yeni namizədlərdən olan "Arman Dikiy” idi. Arman hesab edib ki, Çixladze Səlifovun qarşısında özünü çox "yekəxana” aparıb.

Badri isə öz növbəsində belə hala, yəni "qanuni oğru”nun döyülməsinə icazə verən Səlifovun "qanuni oğru” adını itirdiyini bildirib və onun titulundan məhrum edilməsinə qərar verib. Koquaşvili qeyd etdiyinə görə,  "Krasnoyarskdan ("qanuni oğruları” sındırmaqla tanına islah-əmək düşərgəsi)  ona görə keçməyib ki, oğruları döysünlər və cəzasız qalsınlar”. Hazırda həbsdə olan nüfuzlu "qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) isə Türkiyədə baş verənlərin əslində ona dəyən sillə   olduğunu qeyd edərək Badrinin mövqeyini dəstəkləyib. (baku.ws)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol