• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada hoteldə yanğın: vətəndaşlar təxliyə olunub

Astarada hoteldə yanğın: vətəndaşlar təxliyə olunub
21.08.2014 10:16
Astara rayonunda güclü yanğın olub.Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 21-də gecə rayonun Pensər kəndində, 1956-cı il təvəllüdlü Əliheydər Əli oğlu Həmzəyevə məxsus üçmərtəbəli binada qeydə alınıb.Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub.Onların səyi ilə obyektin 3-cü mərtəbəsində yerləşən hoteldən 3 nəfər təxliyə edilib, həmçinin hotel və ikinci mərtəbədəki çayxana yanğından mühafizə olunub.Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 420 kv.m olan obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazası 100 kv.m sahədə yanaraq yararsız hala düşübFaktla bağlı araşdırma aparılır.

Hadisə barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, Astara rayonu, Pensər kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Hadisə zamanı 3-cü mərtəbədə yerləşən hoteldən yanğınsöndürənlər tərəfindən 3 vətəndaş təxliyə edilib. 2-ci mərtəbədə çayxana, 3-cü mərtəbədə isə hotel yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol