Bakıda səfirlik avtomobili qəzaya uğrayıb - YARALILAR VAR

Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.
1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı "Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi "Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























