İnternet istifadəçilərinin NƏZƏRİNƏ!

Son günlər "Baktelecom” şirkəti adından internet istifadəçilərinə "phishing” (fişinq) mesajlar daxil olur.
Şirkətdən Axeber.az-a verilən məlumata görə, kiberdələduzluğun növlərindən biri olan fişinq hücumlar vasitəsi ilə istifadəçilərin şəxsi məlumatları (İD nömrə, e-mail ünvan, bank şifrəsi, lokasiya və s.) aldatma yolu ilə əldə edilir.
Şirkətdən bildirilib ki, "Baktelecom” tərəfindən istifadəçilərin şəxsi məlumatlarını, xüsusilə bank şifrələrini tələb edən mesajlar göndərilmir.
www.anews.az
























