• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədova sükutu pozdu

Gülər Əhmədova sükutu pozdu
26.11.2014 11:07
Sabiq deputat: “Mənim bəraətimi siz vermisinizsə, daha nə ehtiyac var?”

Həbsdən çıxandan sonra uzun müddət mediadan uzaq düşən sabiq millət vəkili Gülər Əhmədovanın revanşa hazırlaşdığı barədə məlumatlar yayılıb.Bildirilir ki, növbəti parlament seçkisi ərəfəsində fəallaşmağı planlaşdıran sabiq millət vəkili bununla itirdiyi səlahiyyətlərin heç olmasa bir qismini bərpa etməyə, ən azı bəraət almağa çalışacaq. O, qeyd olunan məsələlərlə bağlı aznews.az-a özəl açıqlama verib. G. Əhmədova hazırda heç bir mediaya müsahibə vermədiyini desə də, 2015-ci ildə keçiriləcək parlament seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı saytın sualını cavablandırıb:“Mənimlə maraqlandığınız üçün diqqətinizə görə təşəkkür edirəm. Amma mən heç bir mətbuata müsahibə vermirəm. Bu məsələlərlə bağlı danışmamağa qərar vermişəm. Xahiş edirəm, məni düzgün başa düşün”. Uzun müddət adı mandat alverində hallanan keçmiş deputat bəraət almağıyla bağlı suala da cavab verib: “Bütün jurnalistlər zəng edib bildirirlər ki, əslində mənim günahım yoxdur. Əvvəl jurnalistlər tamam başqa fikirdə idilər. Sonra gəldilər, oturdular və gördülər ki, mənlik heç nə yoxdur. Mənlik heç nə yoxdursa, əlbəttə, haqq-ədalət yerini tapacaq və bəraət alacam. Mənim bəraətimi siz vermisinizsə daha nə ehtiyac var?” Bakı Dövlət Universitetində yenidən dərs deyəcəyinə də ümid etdiyini söyləyən G.Əhmədova vaxtilə rəhbərlik etdiyi təşkilat və çap mediası ilə bağlı sualları isə belə cavablandırıb. “İnşallah. Bunu zaman göstərər. Qismət olsun , baxarıq. Bunlar gələcəyin işləridir. Hələ ki bunlar barədə heç nə danışmaq istəmirəm. Bir az səbr edək, hər şeyi görəcəksiniz”.Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı qalmaqallı mandat alveri videosuna görə 2013-cü ilin fevral ayının 13-də həbs olunmuş keçmiş deputat Gülər Əhmədova 2014-ci ilin may ayının 5-də azadlığa buraxılıb. Bir milyonluq qalmaqala görə dələduzluqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilən Gülər Əhmədovanın cəzası Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxılıb. //musavat.com

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol