• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobusda dava düşdü

Avtobusda dava düşdü
18.10.2019 21:45
13 nömrəli xətt üzrə hərəkət edən avtobusda dava düşüb.

Bizimyol.info xəbər verir ki, axşam saatlarında avtobusda istidən və havasızlıqdan halı pisləşən sərnişinlərin xahişinə baxmayaraq sürücü kondisioneri yandırmamaqda inad edib. Hadisə yerində olan müxbirimiz yazır: "Tibb universiteti" dayanacağında sərnişinlərin: "Havasızlıqdır, istidir, zəhmət olmasa kondisionerləri yandırın" xahişlərinə sürücü Vəliyar Mehdiyev məhəl qoymur. Sərnişinlərdən bir neçəsi pəncərəyə döyür, səsini qaldırır, amma sürücü reaksiya vermir. Son anda sərnişinlərin aqressivləşdiyini gördükdən sonra "Pəncərələri bağlayın!" deyərək səsini çıxardı. Az qala elə bilmişdik ki, kardır, bizləri eşitmir. Sən demə sərnişinləri saymadığını göstərərək Bakı Nəqliyyat Agentliyinin sərnişinlərə "yüksək" xidmətindən xəbər verirmiş".
‌Qeyd edək ki, bu günlərdə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev mövcud problemlə bağlı saytımıza açıqlama verərkən bildirmişdi ki: " Hazırda kondisionerlərin işi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bir daha göstəriş verilib ki, sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemləri işlək vəziyyətdə saxlanılsın".
‌Görünür, ya sürücülər işlədikləri qurumun göstərişinə tabe olmur, ya da qurum cavabında bizə yanlış informasiya verir. Əks halda hər gün "Bakubus" avtobuslarında bu davalar yaşanmaz, səslər ucalmaz. Səhər durub işinə gedən, axşam işdən yorğun çıxan insanlar bu məşəqqəti yaşamamalıdır!
‌Onu da bildirək ki, bu xətt üzrə marşrutdan istifadə edən daimi sərnişinlərin sözlərinə görə sözügedən sürücü hər zaman onlara qarşı kobud və saymaz davranır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
Cəmiyyət 18:49
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol