• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE

Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE
29.05.2020 12:15
Ukraynanın Baş Prokuroru Ruslan Ryaboşun müavini əslən azərbaycanlı olan Gündüz Məmmədov təyin edilib. 

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Soydaşımız buna qədər Ukraynanın bir çox şəhərlərində prokuror vəzifələrində çalışıb. 

Gündüz Aydinoviç Məmmədov 26 oktyabr 1974-cü il Azərbaycanın Gəncə şəhərində anadan olub. Ukraynanın dövlət xadimi, hüquqşünas olan soydaşımız 1996-cı ildə İ.Meçnikov adına Odessa Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.

O, 1996-cı ildən etibarən Odessa Primorsky rayon prokurorluğunda işləyib, karyera pilləkəninə prokuror köməkçisindən Primorsky rayon prokurorunun birinci müavini vəzifəsinə qədər yüksəlib. 2012-ci ildən 2013-cü ilə qədər Kiyev vilayət prokurorluğunun aparatında çalışıb. 2013-cü ilin martından 2013-cü ilin dekabrına qədər Ukrayna Milli Prokurorluq Akademiyasının baş elmi işçisi olub. 

2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək - Dnepr Ekoloji Prokurorluğunun İstintaq şöbəsinin müdiri, 11 iyul 2014-cü ildən 2016-cı ilin avqust ayına qədər Odessa şəhərinin prokuroru və Odessa vilayətinin prokuror müavini,  22 avqust 2016-cı ildən Krım Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. 

31 mart 2017-ci il tarixində Kiyevdə Ukraynanın baş prokuroru Yuriy Lutsenko və Krım Muxtar Respublikasının prokuroru Gündüz Məmmədovun iştirakı ilə Krım Muxtar Respublikası Prokurorluğunun baş ofisi açılıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol