• $
  • €
  • ₽
  • ₺
  • £

Dəhşətli istilər nə qədər davam edəcək?

Dəhşətli istilər nə qədər davam edəcək?
19.08.2014 13:31

Son günlər ölkə ərazisində müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, avqustun 18-də Bakı və Abşeron yarımadasında müşahidə olunan havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

 

Onun sözlərinə görə, dünən Bakı və Abşeron yarımadasında havanın temperaturu 38 dərəcə, Sumqayıtda 39 dərəcə, Maştağada 39,5 dərəcə isti qeydə alınıb. Eyni zamanda,  Mərkəzi Aran rayonlarında 39, Naxçıvan MR-nın bəzi ərazilərində 40 dərəcəyədək isti müşahidə olunub. Ölkə üzrə ən maksimal temperaturlar 12-15 radələrində qeydə alınıb.

 

A. Verdiyev qeyd edib ki, bu gün də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yuxarıdır. Belə isti hava şəraiti ölkə ərazisində bu gün və sabah davam edəcək.

 

Baş hidroloq əlavə edib ki, Bakı və Abşeronda hələlik anomal isti temperatur müşahidə edilməyib. Avqustun 18-də Bakıda orta temperatur 37,6 dərəcə isti olub. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol