Bakı metrosunda dava düşüb

Bir gənc yanındakı qıza başqa bir oğlanın baxmasına “tab gətirməyib”.Bakı metrosunun qatarında iki oğlan dava edib.Milli.Az xəbər verir ki, “Həzi Aslanov” - “İçərişəhər” istiqamətində hərəkətdə olan qatar “Koroğlu” və “Ulduz” metrostansiyaları arasındakı tuneldə olarkən vaqonda dava düşüb. Bir gənc yanındakı qıza başqa bir oğlanın baxmasına “tab gətirməyib” və davaya başlayıb, onu itələyib, sərnişinlər bir-birinə dəyiblər. Dava edənlər növbəti stansiyada vaqonu tərk ediblər, qızı göndərib özləri isə yenidən dava etmək üçün birlikdə uzaqlaşıblar. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























