• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir universitetdə - MAAŞLAR ARTIRILDI

Daha bir universitetdə - MAAŞLAR ARTIRILDI
25.10.2019 14:51
Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

Anews.az xəbər verir ki, BMU-nun mətbuat xidmətindən  verilən məlumata görə, iclasda rektor, professor Havar Məmmədov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində atılan addımların ardıcıl xarakter daşıdığını vurğulayıb.
Rektor bildirib ki, son illər iqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər əməkhaqqı və digər sosial ödənişlərin artımına yönəldilməkdədir:
"Cari ildə də bütün sahələrdə çalışan vətəndaşlarımızın əməkhaqları, həmçinin minimum əməkhaqqı və minimum pensiya iki mərhələdə artırılıb. Bu sırada elm adamlarının, xüsusilə müəllimlərin əməkhaqlarının da əhəmiyyətli şəkildə artımı baş verib”.

Daha sonra iclasda BMU əməkdaşlarının əməkhaqlarının cari ilin 1 sentyabr tarixindən etibarən artırılması haqqında qərar qəbul edilib. Qərar verilərkən universitetin mövcud maliyyə imkanları, xüsusilə BMU-nin Azərbaycan universitetləri arasında ən yüksək əməkhaqqı sistemi tətbiq edən ali təhsil ocaqlarından biri olması nəzərə alınıb.

Qeyd olunub ki, əməkhaqlarının artırılması "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının icrası çərçivəsində həyata keçirilən tədbirlərin davamıdır:

"Belə ki, yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı müvafiq qərarlar verilib. Həmin qərarlara əsasən, müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Eyni zamanda, iclasda universitetin maliyyə imkanları nəzərdən keçirilməklə gələcəkdə də əməkhaqlarının artırılması məsələsinə baxılması qərara alınıb”.
Sonda rektor H.Məmmədov universitetin professor-müəllim heyəti və əməkdaşları adından, onların sosial müdafiəsinin yaxşılaşdırılması üçün atılan davamlı addımlara görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol