• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun ailəsində ölümə səbəb olan daha bir qəza

Əli Həsənovun ailəsində ölümə səbəb olan daha bir qəza
29.05.2020 11:51
Bir neçə gün öncə baş nazirin müavini vəzifəsindən istefa vermiş Əli Həsənovun ailəsində ölümə səbəb olmuş yol qəzası baş verib. Bu, həmin ailədə son iki ildə ikinci olaydır. Və yenə də yüksək sürət bir nəfərin həyatına son qoyub.

Anews.az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də saat 13 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat əndindən keçən hissəsində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşlarının ilkin rəyinə görə qəzaya yüksək sürət səbəb olub. Avtomobili saatda təxminən 170-180 kilometr sürətlə idarə edən İlkin Əliyev idarəetməni itirib.



İlkin Əliyev Baş nazirin sabiq müavini Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Mənbənin bildirdiyinə görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

Emin Həsənov bu ilin fevralından Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisidir. O vaxta qədər isə Binəqədi rayon Polis İdarəsinin rəis müavini idi.

2017-ci ilin avqustunda Əli Həsənovun qızının oğlu Nail Allahverdiyevin törətdiyi qəza iki nəfərin ölümünə, daha ikisinin ağır yaralanmasına səbəb olmuşdu. 25 yaşlı Nail Allahverdiyev də yüksək sürətlə idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobili öncə qarşısındakı maşına çırpıb idarəetməni itirmişdi. Nəticədə "Gelandewagen” Heydər Əliyev prospektindəki digər yola çıxıb, üç piyadanı vurmuşdu. Daha sonra maşın aşıb yanmağa başlamışdı. Vurulan piyadalardan biri də ölmüş, Türkiyə vətəndaşları olan Mütəllib və Tekiş cütlüyü isə ağır xəsarət almışdı. Piyada ilə yanaşı, həmin vaxt Nailin yanında olan dostu da ölmüşdü
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol