• $
  • €
  • ₽
  • ₺
  • £

Yaralı əsgərlərimizdən xəbər var - FOTO

Yaralı əsgərlərimizdən xəbər var - FOTO
29.05.2020 05:23
Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində yaralanan azərbaycanlı hərbçilərdən bəzilərinin Türkiyədə müalicəsi davam edir.ANS PRESS-in "BBC"yə istinadən məlumatına görə, Sərxan Tahirzadə və Elvin Əsgərov Atatürk Eyitim və Araşdırma xəstəxanasında, Ədalət Məmmədov isə Ankara xəstəxanasına yerləşdiriliblər. Onun bir gözü amputasiya olunub.19 yaşlı Sərxan Tahirzadənin isə hər iki ayağı amputasiya edilib.Yaralılar xəstaxanaların VİP palatalarına yerləşdiriliblər.Elvin Əsgərov isə həkimlərin qərarı ilə bir neşə gün də reanimasiyada müalicəsini davam etdirəcək.BBC Azərbaycancaya danışan Sərxan Tahirzadə deyir ki, hansı şəraitdə yaralandığını xatrılamır."Yanımda bomba partladı, ondan sonra heç nəyi xatırlamıram", deyir Sərxan Tahirzadə.Ağdam istiqamətində gedən döyüşlərdə yaralandığını söyləyən əsgər qatıldığı döyüşün təfərrüatları barədə məlumat verməyib."Bizə döyüş barədə məlumatların hərbi sirr olduğuna görə bu barədə məlumat verməmək əmr olunub".O, sağlıq durumunun getdikcə daha da yaxşılaşdıını deyir. "Avqustun 9-da bura gətirilmişəm. Həkimlər sağ olsunlar, indi əvvəlkinə görə özümü daha yaxşı hiss edirəm", Sərxan əlavə edib.O deyir ki, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağrılıb. 11 ay hərbi xidmət etdikdən sonra cəbhədə gedən döyüşlərdə ağır yaralanıb.Azərbaycan hərbçi və əsgərləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı koordinatorluğunun təşəbbüsü ilə ölkənin Səhiyyə Nazirliyinə məxsus ambulans təyyarəsi ilə Ankaraya gətiriliblər.Baş Aviasiya terminalında yaralı əsgərləri Baş nazir müavini Emrullah İşler, ordunun Baş qərargah idarəsindən general Ertoğrul Qazi Özkürkçü kimi digər yüksək vəzifəli rəsmilər qarşılayıblar.Baş nazirin müavini İşler əsgərlərin Türkiyəyə gətirilməsinin "qürurverici bir mənzərə olduğunu" deyib."Keçmişdə bu cür görüntüləri filmlərdə izləyirdik, indi filmlərdə izlədiyimiz görüntülərin Türkiyə Respublikasında gerçək olduğunu görmək, hamımızı iftixarlandırdı, qürurlandırdı. Buna görə xoşbəxt olduğumuzu ifadə etmək istəyirəm", Türkiyə hökumətinin rəsmisi əlavə edib.Yaralıları xəstəxanada Tükiyə parlamentinin sədri Cemil Çiçek, xarici işlər naziri Ahmet Davutoğlu və ölkə siyasətinin digər tanınmış simaları ziyarət edib.Ankarada yaşayan azərbaycanlı ailələr də yaralı əsgərləri sıx-sıx ziyarət edir.Ailəsi ilə Ankarada yaşayan Yasin Babayev könüllü olaraq Sərxanın yanında ona xidmət üçün qalır. Sərxanın dayısı Mayis Nəhmətov deyir ki, Yasinin burda olması Sərxana mənəvi və psixoloji olaraq çox kömək olur. "Yasin Sərxanla yaşıddır, onunla daha rahat söhbət edə bilir", əsgərin dayısı deyib.Parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi Mustafa Kabakşı BBC Azərbaycanaya deyib ki, yeni seçilmiş Prezident Recep Tayyip Erdoğan da Azərbaycandan olan yaralı hərbçiləri ziyarət edəcək.Avqustun əvvəllərində Azərbaycan və Erməni qüvvələri arasında ön cəbhədə baş verən qanlı atışmalar zamanı 18 əsgər həyatını itirib.Azərbaycan və Ermənistan, eləcə də tanınmamış Dağlıq Qarabağ Respublikası bir-birini atəşkəsi pozmaqda ittiham edib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol