• $
  • €
  • ₽
  • ₺
  • £

Bir başlıqda yalan və alçaq təxribat - KÖŞƏ

Bir başlıqda yalan və alçaq təxribat - KÖŞƏ
28.05.2020 20:26
Kamal ƏliBəzən əlinə qələm alanların ağıllarında çirkab və alçaqlıq o qədər çox olur ki, bunları utanıb-çəkinmədən xəbər başlıqlarına daşıyırlar. Cızma-qaraçı-provokatorlar, hisslərə qapılaraq özlərini dünya siyasətinin qılverənləri hesab edirlər. Qızğın dəmdə aldadırlar, xalqların arasında nifaq salırlar və çirkab işlərinin sayəsində axan insan qanı gördükdə, bundan həzz alırlar. Bəzi xalqlar elə yalnız bununla məşğul olurlar, qonşuları təqib etmək və provokasiya edilmiş müharibədə yad torpağı qamarlamaq. Yaxşı heç nə təklif etməyib, bəşəriyyətə heç bir fayda verməmək.Parlaq, danılmaz bir misal gətirim. Öz alçaq provokasiyasında o qədər birmənalıdır ki, mənim daimi opponentlərim susacaqlar və ya mənə çirkli iftiralar yağdıracaqlar. Amma mənim dediyimi təkzib etməyi bacarmayacaqlar."Kavkazskiy Uzel" portalında müxbir Natalya Kraynovanın "Dağıstan sakinləri Azərbaycan tərəfindən həddən artıq böyük hasar olduğuna görə Samur çayının qurumasından şikayətlənirlər" başlıqlı məqaləsi dərc edilmişdir. Başlıqda hər şey kifayət qədər dəqiq deyilib. Məqalənin mətninin qayəsini o təşkil edir ki, dağıstanlılar Samur çayının suyundan Azərbaycan tərəfinin həddən artıq çox istifadə etməsindən narazıdırlar. Quraqlıqdan, su çatışmazlığından əziyyət çəkən rayonların siyahısı verilir, sakinlərin sözlərinə görə isə, Azərbaycan tərəfdən olan hasarın ucbatından belədir. Məqalədə Samur üzrə müəyyən edilmiş dövlətlərarası razılaşmaların azərbaycanlılar tərəfindən pozulması faktı yoxdur, müəllif və dağıstan rayonlarının administrasiya başçıları Azərbaycan hakimiyyətinin obyektiv nəzarətinə ümid edir.Hər şey aydın görünür. Bir çayın iki sahilində olan sakinlərin arasında fikir ayrılıqları mövcuddur. Dağıstan tərəfi hesab edir ki, qonşular sudan həddən artıq çox istifadə edirlər. Bəlkə də bu dediklərində haqlıdırlar, bəlkə də yox. İki dost dövlət birgə komissiya yaradacaq, komissiya üzvləri vəziyyətlə yerində tanış olacaqlar və düzgün qərar çıxardılacaq. Bunun üçün Azərbaycanın və Rusiyanın müvafiq dövlət orqanları, beynəlxalq arbitraj məhkəməsi və iki hakimiyyətin xoş niyyəti var.Və budur, Yerevanın tert.am saytı bu xəbəri yenidən çap edir. Amma mənim sitat gətirdiyim hissə tert.am-da yoxdur, görünür məqalənin bu hissəsinə görə Azərbaycanı günahlandırmaq etmək mümkün deyil.Yaxşı, deyək ki, bəyənmədikləri hissəni kəsiblər. Hər halda, bütün məqalənin çapı üçün yerin olmadığını da iddia edə bilərlər.İndi ən vacib məsələ – başlıqdır. Xatırlayırsınızmı, məqalənin əsas müəllifi Natalya Kraynova ona hansı başlığı qoymuşdur. Əvvələ baxın. Başlıq müasir jurnalistika tələblərinə tamamilə cavab verir. İndiysə baxın görün, elə həmin məqaləyə tert.am Ermənistan saytının redaktoru necə başlıq qoyub - "Dağıstan və Azərbaycan suya görə müharibə astanasında".Hər şey bunca aydın olduğu yerdə nə əlavə etməli? Bəlkə abır-həya, jurnalist etikası barədə danışmalı? Bəlkə müharibənin alışdırılmasının əxlaqsızlıq olduğunu xatırlatmalı? Dağıstan Rusiya Federasiyasının tərkibinə daxil olduğuna görə Azərbaycanla müharibə apara bilməyəcəyini, beləliklə, erməni saytı Rusiya və Azərbaycan arasında müharibəni alışdırmağa cəhd etdiyi deməli?Amma mənasız yoxdur. Tert.am saytında bütün bu jurnalistika qaydalarından xəbərdardırlar. Amma onların arzuladığı müharibədə azərbaycanlı və rus uşaqları öləcəyinə görə, bundan qətiyyən utanmırlar. Əksinə, iki qonşu dövlət arasına nifaq salmaq "erməni xəyalına" - faşist insanlığazidd ideologiyasına uyğundur. Əldə etdikləri bütün torpaqları da başqalarını savaşa cəlb etməklə mənimsəyiblər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol