• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisi bu sürücüləri nəzarətə götürür

Yol Polisi bu sürücüləri nəzarətə götürür
06.11.2019 13:38
Son zamanlar kütləvi informasiya vasitələrində yayılan məlumatlardan görünür ki, narkotik vasitələrdən istifadə edərək sükan arxasına keçən bəzi sürücülər yollarda ciddi təhlükə yaradırlar. Bu isə cəmiyyətdə ciddi narahatlığa səbəb olur. 

Bəs bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Bu faktları yol polisi əməkdaşları necə aşkar edir və sürücülərə hansı məsuliyyət nəzərdə tutulub?

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev oxu.az-a açıqlama verib. 

R.Quliyevin sözlərinə görə, Daxili İşlər Orqanlarında, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsində də narkomaniyaya qarşı kompleks tədbirlər həyata keçirilir:

"Təəssüf ki, narkomaniya problemi ölkəmizdən də yan keçməyib. Son zamanlar, xüsusilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslər arasında narkotik vasitələrdən və psixotrop maddələrdən qanunsuz istifadə hallarına rast gəlinməsi isə daha ciddi təhlükələrdən xəbər verir.

Müntəzəm marşrut xətti üzrə avtobus idarə edən şəxslər tərəfindən hətta nəqliyyat vasitəsinin sükanı arxasında narkotik qəbul edilməsi faktlarının qeydə alınması bütün əlaqədar qurumları və cəmiyyəti bu dəhşətli bəlaya qarşı mübarizədə səfərbər etməlidir”.
 
Rüfət Quliyevin sözlərinə görə, əməkdaşlar bu sahədə aparılan mübarizə tədbirlərində aktiv iştirakçılığa cəlb edilməklə yanaşı, onlar müvafiq texniki avadanlıqlarla da təchiz edilib:

"Sürücülər arasında narkotik vasitə və ya psixotrop maddə qəbul etmiş şəxslərin aşkar edilməsi üçün təkcə DYP-nin stasionar postlarında deyil, YPX avtomobillərində də narkotesterlər mövcuddur. Həmin cihazlar sürücünün ağız suyundan götürülmüş nümunə əsasında daha çox yayılmış bir neçə adda narkotik vasitə barədə məlumat verə bilir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və bu vəziyyətdə törədilən inzibati xətalara görə  - inzibati cərimə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması, inzibati həbs kimi çox ciddi inzibati tənbeh tədbirləri nəzərdə tutulub.

Şöbə rəisi onu da əlavə edib ki, bu sahədə narahatlıq doğuran digər bir məsələ isə sürücülərin səhhətləri ilə əlaqədar qəbul etdiyi və yuxu gətirə biləcək dərmanlardır:

"Belə ki, sürücülərin tərkibində yuxu, halsızlıq gətirən maddələrin mövcud olduğu dərman preparatlarını qəbul etdikdən sonra sükan arxasına əyləşməzdən qabaq mütəxəssislərlə məsləhət etməlidirlər. Sürücülər bilməlidirlər ki, hər hansı dərman preparatını qəbul etməzdən əvvəl mütləq həkim rəyini öyrənmək, ən pis halda preparatın istifadə qaydaları ilə tanış olmaq, yarana biləcək əks göstəriciləri nəzərə almaq lazımdır”.

BDYPİ-nin rəsmisi onu da qeyd edib ki, məlumatsız şəkildə, analoji yanaşma prinsipi və ya "bir dəfədən heç nə olmaz” kimi yanlış düşüncə ilə dərman qəbul edib sükan arxasına oturmaq qətiyyən yolverilməzdir və belə halların doğurduğu bədbəxt hadisələr unudulmamalıdır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol