• $
  • €
  • ₽
  • ₺
  • £

Binalara istilik nə vaxtdan veriləcək? – VİDEO

Binalara istilik nə vaxtdan veriləcək? – VİDEO
06.11.2019 17:56
Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi biraz tez vermək mümkün deyilmi?

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "Hava soyuqdur, soyuq deyil onu fikirləşən yoxdur. Ona görə də ancaq noyabr ayının 15-ni gözləməliyik. 15-dən sonra istilik işə düşməlidir. Yaxşı olardı ki, istilik daha tez verilsin, çünki hava çox soyuqdur”.

Dünya təcrübəsində qış mövsümünə keçidi konkret tarixlə deyil, havadakı temperaturla müəyyən edirlər. Küçədə temperatur müsbət 10 dərəcədən aşağı düşəndə, artıq evlər istiliklə təhciz olunur.

Eyyub Hüseynov – AİB sədri: "Sovet vaxtından qalmış bu adət ləğv olunmalıdır. AİB olaraq bizə gələn çoxsaylı telefon zənglərinə əsasən deyə bilərəm ki, mütləq bu sistem dəyişməlidir. Havadan asılı olaraq, istilik sistemi işə salınmalıdır. İstilik sistemindən insanlar istifadə etməlidir”.


"Azəristiliktəhcizat” ASC-nin sahə rəisi Rövşən Tağıyev deyir ki, qış mövsümünə hazırlıq işləri artıq başa çatıb. Əgər havaların soyuması ilə əlaqədar əlavə sərəncam olarsa, istiliyin vaxtından tez verilməsi mümkündür.

Rövşən Tağıyev – Sahə rəisi: "Bu sovet hokumətinin vaxtından qalan 15 noyabrdan aprelin 15-dək istilik mövsümüdür. Keçən il noyabrın 12-dən başlamışıq. Aprel ayının 15-nə qədər istilik mövsümü davam edib. Yəni havalar kəskin dəyişilərsə, hansı gündən sərəncam olarsa, işə qoşmağa hazırıq”.

Builki qış mövsümündə paytaxtda 550 qazanxana və 90 istilik məntəqəsinin işlək vəziyyətdə olması planlaşdırılır.

Rövşən Tağıyev – Sahə rəisi: "Bu qazanxanalardan, istilik məntəqələrindən 3850 yaşayış binası, 290 məktəb 160 səhiyyə obyekti, 150 uşaq bağçası və 1600-ə qədər kommersiya obyekti istiliklə təmin olunacaq”.

Biləcəri qəsəbəsində əlavə qazanxananın işə düşməsi ilə 5 yaşayış binası istiliklə təmin olunacaq.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol