• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tələbələrin kartından pul oğurlandı

Bakıda tələbələrin kartından pul oğurlandı
29.05.2020 07:03
"Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin kartından pul oğurlayan şəxslər müəyyənləşib və vəsait tezliklə geri qaytarılacaq". 

Bu barədə Unikal.org-a UNEC-dən məlumat verilib.
Ali məktəbdən bildirilib ki, 2 tələbənin kartından ümumilikdə 232 manat məbləğində vəsait silinib: "Ötən həftə təqdimatı olan "Smart Tələbə Kartı” ilə bağlı "”Xəzər TV” süjet hazırlamışdı. Həmin süjetdə kartların göstərilməsi zamanı gizli saxlanılmalı olan hissələr də açıq şəkildə nümayiş olunmuşdu. Bundan sonra isə bir nəfər həmin kart məlumatlarından istifadə edərək "aliexpress.com” saytından alış-veriş edib. Bəzi saytlar var ki, onlar "3D" təhlükəsizlik şifrəsi tələb etmir. "aliexpress.com" saytı da belələrindəndir. Ona görə, bu kartdan orada istifadə etmək asan olub. Prezident təqaüdçüsü olan iki qız tələbəyə məxsus kartların 1-dən 210, digərindən isə 22 manat məbləğində ödəniş olunub. Artıq həmin şəxs müəyyənləşib. Hazırda həmin vəsaitlərin geri qaytarılması üçün müraciət olunub və vəsait tezliklə geri qaytarılacaq”.
Xatırladaq ki, "Kapital Bank” ASC, "MasterCard” və UNEC-in birgə təşəbbüsü ilə hazırlanan "Smart Tələbə Kart”ları özündə bir neçə funksiyanı birləşdirir. Bu həm tələbə, həm təqaüd, həm debet kartıdır. Gələcəkdə isə həmin kartlardan nəqliyyatda ödənişlər üçün də istifadə ediləcək

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Zahid Oruc: Xarici aqronom və baytarların təcrübəsi yerli mütəxəssislərin bacarığına çevrilməlidir
Cəmiyyət 13:04
Zahid Oruc: Xarici aqronom və baytarların təcrübəsi yerli mütəxəssislərin bacarığına çevrilməlidir
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol