““Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək”

"Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu fərdi mənzillərlə bağlı ola bilər”.
O qeyd edib ki, "Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək: "Bizim hazırda verdiyimiz istiliyin tarifi maya dəyərindən aşağıdır. Ancaq qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. 2011-ci ildən evin 1 kv. m görə əhali istehlakçı qrupu üçün tarif 15 qəpikdir. Amma biz qiymət artımı məsələsinə baxmırıq. Ümumi olaraq, bu məsələ dövlət tərəfindən tənzimlənəcək. Hazırda qiymət artımı məsələsi gündəmdə deyil”.
Qazanxanalarda temperaturun qaldırılması məsələsinə gəlincə isə o bildirib ki, hazırda temperaturun aşağı olması qazanxanaların texniki xarakterindən asılıdır:
"Bu vəziyyət temperaturun birdən-birə artmasına imkan vermir. Tədricən hava şəraiti ilə bağlı temperatur da qalxacaq. Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu fərdi mənzillərlə bağlı ola bilər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























