“Twitter” bu hesabları silir

"Twitter” administrasiyası sosial şəbəkə hesabına altı aydan artıq müddətdə daxil olmayan istifadəçilərə xəbərdarlıq göndərməyə başlayıb.
"Biz "Twitter” istifadəçilərinə etimad göstərə biləcəkləri daha dəqiq və etibarlı informasiya təqdim etmək üçün aktiv olmayan hesabların silinməsi üzərində çalışırıq. Biz insanları aktiv olmayan hesablarla bağlı siyasətimizə uyğun olaraq qeydiyyatdan sonra sosial şəbəkədən fəal istifadə etməyə çağırırıq”, - kampaniyanın müraciətində deyilib.
www.anews.az
























