• $
  • €
  • ₽
  • ₺
  • £

Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı - RƏSMİ

Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı - RƏSMİ
28.05.2020 21:08
Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.
Anews.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib.
Verilən məlumata görə, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb:
"Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.
Məlumatda həmçinin qeyd olunur ki, "Polis haqqında” Qanunun və "DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol