• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid pilotun xanımı haqqını tələb edir

Şəhid pilotun xanımı haqqını tələb edir
29.11.2019 16:00
Pərişan Musazadə: "Bütün əmlakımız əlimizdən alınıb, bu maaşla da necə dolanaq?!”
 
Şəhid pilot Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə məmur haqsızlığından gileylənib. AYNA xəbər verir ki, o, bu barədə "Facebook” hesabında məlumat paylaşıb. 
 
"Dəfələrlə məmur haqsızlığı ilə üz-üzə qalmışam. Hər dəfə "Bu, bizim işimiz deyil”, - deyərək məsuliyyətdən boyun qaçırıblar. Ailəmizdən qalan bütün əmlakımız əlimizdən alınıb. Aldığımız mənzilin komendantı sənədlərin saxta olması iddiası ilə bizi evimizə buraxmayıb. Məmurlar isə bu özbaşınalığa göz yumaraq məsuliyyətdən boyun qaçırıblar. Şəhid xanımı olduğum halda, 147 manat əməkhaqqı olan işə təyin ediblər. Bu maaşla necə dolanmaq olar?”, - P.Musazadə yazıb.
 
O, problemlərinin həlli üçün yazdıqları məktubların cavabsız qaldığını qeyd edib: "Şəhid oğlu ilə Prezident Administrasiyasına məktub yazmışdıq. Administrasiyadan məşğulluq idarəsinə yaxınlaşmağımız üçün cavab gəldi. Məşğulluq idarəsindən isə 200 manat maaşı olan iş təklif etdilər. 26 yaşında ailəsinə baxan bir insan bu maaşla necə dolansın? Şəhid xanımı olaraq haqqımızı tələb edirəm”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol