• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslarda qəza çəkiclərini sürücülər niyə yoxa çıxarıb? - EKSPERT

Avtobuslarda qəza çəkiclərini sürücülər niyə yoxa çıxarıb? - EKSPERT
29.05.2020 03:23
"Qəza çıxışı çəkicləri, yanğınsöndürən balon və dərman qutusu avtobuslarda yerində olmayan avadanlıqlardandır. Onları daşıyıcı şirkət, sürücü təmin etməlidir". 

Bu sözləri Qaynarinfo-ya yol nəqliyyatı eksperti Elməddin Muradlı Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobuslarda qəza anında insanların köməyinə çatacaq vəsaitlərin olmamasına münasibətində bildirib. 

Ekspert açıqlamasında sözügedən vəsaitlərin avtobuslarda olmasının önəmini belə izah edib: "Nazirlər Kabinetinin yeni qərarına görə avtobuslarda 2 litrlik yanğınsöndürən balon, qəza çıxış çəkicləri yerində olmalıdır. Çünki bunlar hadisə anında insanların köməyinə çatacaq vasitələrdir. Ona görə də avtobuslar bu vəsaitlərlə təmin olunmalıdır. Ancaq indi elə bir dövrdəyik ki, avtobusların heç istismar qaydaları norma çərçivəsində deyil, qalmışdı ki, çəkic, dərman və ya başqa tələblər olsun. Vaxtı ilə sürücülər bu vəsaitləri ehtiyat hissə kimi söküb şirkətlərə satıblar deyə, indi bu avadanlıqları təmin etmək onlar üçün çox çətindir. 

Düşünürəm ki, avtobus parkı yeniləndikdə, yeni gətirilən avtobusların üzərində bu avadanlıqlar yerində olacaq və zaman keçdikcə daşıyıcı şirkətlər də onların daim yerində olmasını təmin edəcək. Hazırda bu sahədə ciddi problem var. Əksəriyyətində lazım olan vəsaitlər, qurğular, cihazlar yoxdur. Ancaq anlamaq lazımdır ki, bu avadanlıqlar elə bir anda insanların yardımına gələ bilər ki... Ona görə də, mümkün qədər bu vəsaitləri avtobuslarda təmin etmək lazımdır". 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol