• $
  • €
  • ₽
  • ₺
  • £

Kimlər deputatlığa namizəd ola bilər? - VİDEO

Kimlər deputatlığa namizəd ola bilər? - VİDEO
09.12.2019 09:37
Fevralın 9-u Azərbaycanda növbədənkənar parlament seçkisidir.

Anews.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bunun üçün artıq siyasi partiyalar, fərdi olaraq namizədlik irəli sürmək istəyənlər hazırlıq proseslərinə başlayırlar. Bəs kimlər deputat vəzifəsinə namizəd ola bilər?

Mərkəzi Seçki Komissiyanın üzvü Qabil Orucov deputat seçilmək üçün şəxslərin hansı kriteriyalara sahib olmasını "Xəzər Xəbərə" açıqlayıb.

Qabil Orucov bildirib ki, növbəti mərhələ namizədliyin irəli sürülməsidir. Bu məsələ Seçki Məcəlləsində tam şəkildə öz əksini tapıb.

Dairə Seçki Komissiyasına (DSK) təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin bu dairədən irəli sürülməsini təsdiq edən qərar təqdim edilir.

DSK təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. DSK-nın bu qərarından sonra artıq imza vərəqələri götürülə və imzalar toplana bilər.
Seçici imzalarının toplanması da çox önəmli mərhələlərdən biri hesab edilir. Burda qanunun tələblərinin pozulması namizədin qeydiyyatından imtinaya da səbəb ola bilər.

DSK imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol