• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu yollarda hərəkət məhdudlaşdırıldı

Bakıda bu yollarda hərəkət məhdudlaşdırıldı
12.12.2019 09:57
Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə səhər saat 08:00-dan Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Anews.az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azeri Light” neftinin qiyməti 133,23 dollara yüksəlib
Cəmiyyət 09:54
“Azeri Light” neftinin qiyməti 133,23 dollara yüksəlib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:50
Bu ərazilərdə işıq olmayacaq
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Cəmiyyət 22:39
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Göygöldə 48 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 20:56
Göygöldə 48 yaşlı kişinin meyiti tapılıb
Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
Cəmiyyət 20:16
Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
Cəmiyyət 18:30
Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
Sabah leysan olacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 18:03
Sabah leysan olacaq - XƏBƏRDARLIQ
Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb
Cəmiyyət 17:14
Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb
TƏBİB sistemdəki problemlə bağlı açıqlama verib
Cəmiyyət 16:28
TƏBİB sistemdəki problemlə bağlı açıqlama verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol