• $
  • €
  • ₽
  • ₺
  • £

Kirayə evlərlə bağlı - MÜHÜM YENİLİK

Kirayə evlərlə bağlı - MÜHÜM YENİLİK
12.12.2019 12:14
Azərbaycanda satınalma öhdəliyi ilə, yəni kirayə üsulu ilə mənzillərin satışı başlayır.

FED.az xəbər verir ki, artıq bir neçə gündən sonra bununla bağlı müraciətlərin qəbulu barədə elan veriləcək.

Kirayə mənzillərlə bağlı indiyədək açıqlanan maraqlı məqamlardan biri odur ki, məhkumluğu olan şəxslər bu imkandan istifadə edə bilməzlər. Bu şərt cəmiyyətdə birmənalı qarşılanmayıb. Maddədə elə başa düşülür ki, nə vaxtsa məhkum olunan şəxs heç vaxt kirayə ev ala bilməyəcək. Bu şərti insan hüquqlarının pozulması kimi qiymətəndirənlər də olub.

Amma FED.az-ın dəqiqləşdirməsinə görə, söhbət həmin şəxslərin ümumiyyətlə mənzil almasından deyil, məhkumluqları ləğv edilənə qədər mənzil almamasından gedir.


Belə ki, ölkə qanunvericiliyinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

Bu hallarda cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir.

a) şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;

b) azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

c) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;

ç) ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;

d) xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

İndiyədək məhkum edilmiş şəxslər, ASAN xidmətdən məhkumluğun ödənildiyi barədə arayış aldıqdan sonra kirayə ev üçün müraciət edə bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol