• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işsizlərin rəsmi SAYI

Azərbaycanda işsizlərin rəsmi SAYI
28.05.2020 20:45
Azərbaycanda işsiz əhali – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərdir. Bu şəxslər, milli qanunvericiliyə uyğun olaraq işsiz statusu almaq hüququna malikdir. İşsizliyin səviyyəsi – işsizlərin sayının iqtisadi fəal əhalinin sayında faizlə ölçülən xüsusi çəkisidir.
 
Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2019-cu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 78 711 min nəfərdir, onların 36,1 faizini qadınlar təşkil edir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manatdır, işsizlikdən sığorta ödənişi alanların sayı isə 577 nəfərdir.
 
Respublika üzrə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış 78 711 nəfər işsizdən 30 501 nəfəri Bakıdadır. Paytaxtda işsizlidən sığorta ödənişi alanlar 356 nəfərdir.
 
Rəsmi məlumatlara görə, Abşeron iqtisadi rayonu üzrə üzrə işsizlərin sayı 7 841 nəfər, işsizlidən sığorta ödənişi alanlar 35 nəfər, Gəncə-Qazax üzrə işsizlərin sayı 11 541 nəfər, işsizlidən sığorta ödənişi alanlar 39 nəfər, Şəki-Zaqatala üzrə işsizlərin sayı 2 335 nəfər, işsizlidən sığorta ödənişi alanlar 10 nəfər, Lənkəran üzə işsizlərin sayı 3 092 nəfər, işsizlidən sığorta ödənişi alanlar 15 nəfər, Quba-Xaçmaz üzrə işsizlərin sayı 3 381 nəfər, işsizlidən sığorta ödənişi alanlar 8 nəfər, Aran iqtisadi rayonu üzrə işsizlərin sayı 12 070 nəfər, işsizlidən sığorta ödənişi alanlar 52 nəfər, Yuxarı Qarabağ iqtisadi rayonu üzə işsizlərin sayı 3 944 nəfər, işsizlidən sığorta ödənişi alanlar 5 nəfər, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə işsizlərin sayı 1 633 nəfər, işsizlidən sığorta ödənişi alanlar 53 nəfər, Dağlıq Şirvan iqisadi rayonu üzrə işsizlərin sayı 2 373 nəfər, işsizlidən sığorta ödənişi alanlar 4 nəfərdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol