• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçilərinin nəzərinə!

“Nar” abunəçilərinin nəzərinə!
13.12.2019 17:47
Hörmətli abunəçilər, diqqətinizə çatdırmaq istəyirik ki, "Nar” adından istifadə edib bank kartlarından pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb.

İstifadəçilər müxtəlif vebsaytlardan oyun səhifəsinə yönləndilir və onlara smartfon uduşu vəd olunur. Bildiririk ki, "Nar” mobil operatorunun 3-cü tərəflərin yaratdığı bu fırıldaqçı saytla heç bir əlaqəsi yoxdur. 

Mobil operator şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini hər zaman spam xarakterli qoşulmalardan qoruyur. Arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün "Nar”, bu cür xidmətlər göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir. 

Abunəçiləri diqqətli olub şəxsi və kart məlumatlarını paylaşmamağa və yalnız Nar-ın rəsmi veb-saytında – https://www.nar.az/və sosial şəbəkə profillərində keçirilən müsabiqələrə qatılmağa çağırırıq.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol