• $
  • €
  • ₽
  • ₺
  • £

Röya Qazaxda yaşayan şəhid anasının evini təmir etdirəcək - VİDEO

Röya Qazaxda yaşayan şəhid anasının evini təmir etdirəcək - VİDEO
29.05.2020 08:54
Xalq artisti Röya 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, Tural Yusifli Xalq artisti Röyanın Qazaxda Əsmər nənəni ziyarət etdiyini və evin təmiri üçün bütün xərcləri öz üzərinə götürdüyünü deyib.

Məlumatı müğənninin meneceri Vüsal Rzayev də təsdiq edib. O, bildirib ki, Xalq artisti Qazaxa gedərək Əsmər Cəfərova ilə şəxsən görüşüb:
"Bəli, doğru məlumatdır. İnşallah Əsmər xanımın evinin təmirinə yardım edəcəyik".

Qeyd edək ki, bloger Tural Yusifli Qazax rayonunun Quşçu Ayrım kəndində 75 yaşlı Əsmər Cəfərovanın evində olub. Ə,Cəfərova evinin təmirə ehtiyacı olduğunu deyib.T.Yusifli onu da bildirib ki, nənəyə kömək etmək istəyənlər olsa da, onun övladının şəhid statusu olmadığı üçün bir çoxları bu fikrindən daşınıb:

"Bu yaxın günlərdə Qazaxın Quşçu Ayrım kəndində yaşayan 77 yaşlı Əsmər nənənin sosial problemini əks etdirən videopaylaşım etmişdim. Mənə çox zənglər gəldi, bu video üçün nənəyə yardım etmək istəyənlər var idi. Lakin nənənin oğlunun rəsmi şəhidlik statusu olmadığı üçün bir çoxu bu köməkdən yayındılar. Səbəb isə o idi ki, Əsmər nənənin oğlu Murad dörd il Qarabağda ağır döyüşlərdə olub və sağlamlığını itirərək təxris edilib və evə göndərilib”.
Qeyd edək ki, bloqerin lentə aldığı videoda Əsmər nənənin səmimiyyəti insanların rəğbətini qazanmışdı. O, bu video vasitəsilə evinin təmirsizliyinə diqqət çəkmiş və köməyə ehtiyacı olduğunu bildirmişdi.

Nənənin "75 ildir mən burada yaşayıram. Camaat getsə də, mən burada, kəndimdə öləcəyəm. Torpaq anadır! Ana! Oğlum kənddə dəfn olunub, mən onu qoyub hara gedim? Sizin kimi oğullara arxalanmışam” sözləri isə videonun ən yaddaqalan hissəsi idi.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol