• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmənlə üz-üzə olan kənd susuz qalıb - Biabırçılıq

Düşmənlə üz-üzə olan kənd susuz qalıb - Biabırçılıq
09.08.2014 13:14
“Azərsu” düşmənlə üz-üzə olan kəndi hələ də susuz qoyub. AzNews.az-ın cəbhə bölgələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qazaxın Cəfərli kənd sakinləri düşmənlə təmas xəttində üz-üzə olmasına baxmayaraq heç nədən qorxmadıqlarını və heç zaman kəndlərini tərk etməyəcəylərini deyiblər. Sakinlər vurğulayıblar ki, kəndə elektrik enerjisi, təbii qazın verilməsinə baxmayaraq su qıtlığından əziyyət çəkirlər: “Kənddə cəmi bir artezian quyusu var. Bütün kənd sakinləri gündəlik suya olan təlabatlarını ödəmək üçün buradan su gətirirlər. Bəzi sakinlərin evləri bu artezian quyusundan 3-5 kilometr aralı olduğundan sözü gedən məsafəni piyada su gətirməyə gedirlər. Digər bir problem isə artezian suyunun içmək üçün yararsız olmasıdır. Buna görə də məcbur olub, suyu pulla alırıq. Dəfələrlə müvafiq qurumlara müraciət etməyimizə baxmayaraq, hələ də su probleminin həlli üçün tədbir görülmür”. Sakinlər mətbuat vasitəsilə “Azərsu” ASC rəhbərliyinə müraciət ediblər. Müraciətdə deyilir: “Sovet dövründə kəndə su xətləri çəkilib. Amma müstəqillik illərindən bu yana kəndə su verilişi dayandrılıb. Biz xahiş edirik ki, kəndə su verilişini bərpa edəsiniz”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol